"Bavariya" - "B.Dortmund": Kim qazanacaq?

İDMAN
13:14 / 17.10.2025
191

Sabah Avropada daha bir maraqlı matç keçiriləcək. 

Belə ki, "Bayern Münhen" ("Bavariya") doğma meydanında "Borussiya Dortmund" ilə qarşılaşacaq. Almaniya derbisi Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Hazırda "Bavariya" turnir cədvəlində 18 xalla birinci, "Dortmund" isə 14 xalla ikincidir. 

Maraqlıdır, nəfəs kəsəcək matçda hansı tərəf qələbəyə daha yaxındır? 

Futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, "Bayern Münhen" uzun illərdir Almaniyada hegemonluq edir:

384222

"Bu müddət ərzində uzun müddət onun qarşısında dayanan klub isə "Borussiya Dortmund" olub. Onlar, rəqabətdə dayanıqlı olmağı bacarıblar. Ancaq zaman-zaman bu rəqabətdən geri düşdükləri vaxtlar da olub. İndiki vəziyyətdə isə "Borussiya Dortmund" bir yüksəlişdədir. Buna baxmayaraq, "Bavariya" yenə də öndə görünür".

Ekspert qeyd edib ki, derbilərin nəticələrini proqnozlaşdırmaq çox çətindir:

"Düzdür, "Bayern Münhen" öz meydanında hər zaman iti oynamağı bacarır. Düzdür, komandanın müdafiə xəttində zaman-zaman problemlər olur. "Borussiya Dortmund" isə əks-hücumlarda sürətli keçidlər edə bilən bir komandadır. 

Lakin "Bayern Münhen" bu derbidə qələbəyə daha yaxın tərəf kimi görünür. Müdafiə xəttində sürətli oyunçulara malik olmasalar da, dominant oynamağı və hücumlarda rəqib yarı meydançasında topa sahib olmağı həqiqətən çox yaxşı bacarırlar. 

Demək olar ki, bütün komandalara qarşı onlar dominant oynamağı bacarırlar. Buna baxmayaraq, "Bavariya" da Almaniyada əvvəlki hegemonluğunu edə bilmir. Son dönəmlərdə heyət gəncləşdikcə bir balaca zəifləyiblər. Ancaq "Bayern Münhen" indiki heyəti ilə belə matçın favoritidir. Düşünürəm ki, 3 xal qazanmağa çox yaxındırlar". 

Pərviz

0