Növbəti "El-klassiko": Qalib kim olacaq?

İDMAN
12:02 / 24.10.2025
54

Bu həftə sonu futbol azarkeşlərini ekran başına keçirəcək bir matç var. 

Bəlkə də, bir matçdan daha artığı deyə bilərik. Söhbət növbəti "El-klassiko"dan gedir. "Real Madrid" doğma azarkeşləri qarşısında "Barselona"nı qəbul edəcək. Səbirsizliklə gözlənilən matç bazar günü Bakı vaxtı ilə saat 19:15-də başlayacaq. 

Maraqlıdır, nəhənglərin duelində favorit kimdir? 

Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, həqiqətən də bütün dünyadakı futbol azarkeşləri "El-klassiko"nu səbirsizliklə gözləyirlər:

384754

"Düzdür, əvvəlki ilərlə müqayisədə indi diqqət bir qədər azalıb. Çünki əvvəllər Leo Messi və Kriştiano Ronaldo dueli yaşanırdı. Amma yenə də "Real Madrid" və "Barselona" çempionluq uğrunda mübarizələrini davam etdirirlər".

Ekspertin sözlərinə görə, "Real Madrid" "El-klassiko"da qələbəyə daha yaxın tərəfdir:

"Hazırda daxili çempionat və Çempionlar Liqası performansı baxımından "Real Madrid" daha avantajlı görünür. Düşünürəm ki, Madrid təmsilçisi daha çox gözə çarpır. Ona görə də, "El-klassiko"da "Real Madrid"in qələbəyə daha yaxın tərəf olduğunu proqnozlaşdırıram".

Pərviz

0