AFFA bu futbolçunu milliyə cəlb etmək üçün danışıqlar aparır

İDMAN
16:10 / 27.10.2025
43

Rusiyanın "Dinamo" (Moskva) klubunda çıxış edən Ülvi Babayev Azərbaycan millisinə dəvət ala bilər.

"Report"un əldə etdiyi məlumata görə, hazırda bu yöndə danışıqlar aparılır.

AFFA 21 yaşlı hücumçunun yığmada çıxış etməsi üçün çalışır.

Qeyd edək ki, Ülvi Babayev "Dinamo"nun Rusiya Kubokunda "Krilya Sovetov"la keçirdiyi matçda het-trik edib.

0