Səudiyyə Ərəbistanında göydələnin zirvəsində asılqan futbol stadionu tikiləcək

İDMAN
18:00 / 29.10.2025
46

Səudiyyə Ərəbistanı 350 metr hündürlüyündəki göydələnin zirvəsində yerləşəcək futbol stadionunun layihəsini hazırlayıb. 

HİT.az xəbər verir ki, bu barədə "Paris Match" nəşri məlumat yayıb.

"Sky Stadium" (yəni "Səma stadionu") adlanan layihənin 2034-cü il dünya çempionatına qədər tamamlanması planlaşdırılır.

Tikintiyə 2027-ci ildə ölkənin şimal-qərbində salınan gələcək "Neom" meqapolisi ərazisində başlanacaq. Arena tamamilə günəş və külək kimi bərpa olunan enerji mənbələri ilə işləyəcək. Stadionun tutumu 46 min tamaşaçıya qədər olacaq.

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2024-cü ilin dekabrında Səudiyyə Ərəbistanını rəsmi olaraq 2034-cü il dünya çempionatının ev sahibi kimi təsdiqləyib. Turnir Ər-Riyad, Ciddə, Əbha, Əl-Xubar və Neom şəhərlərində yerləşən 15 stadionda keçiriləcək.

Samir
 

0