AFFA braziliyalı futbolçunu milliləşdirir? - Özündən açıqlama

İDMAN
16:26 / 03.11.2025
68

"Zirə"nin futbolçusu Ruan Renato Azərbaycan millisinə cəlb olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

HİT.az xəbər verir ki, 31 yaşlı braziliyalı futbolçu "Teleqraf"a açıqlamasında məsələyə münasibət bildirib:

"Bu xəbəri eşidəndə təəccübləndim, çünki mənimlə heç kim əlaqə saxlamayıb. Məni tanıyan hər kəs Azərbaycana olan hörmətimi və sevgimi bilir. Məni xoş qarşılayan bu ölkədə artıq beş ildir yaşayıram. Burada gözəl bir həyat qurmuşam və Azərbaycana mənə verdiyi hər şeyə görə çox minnətdaram. Əgər nə vaxtsa, Azərbaycan milli komandasında oynamaq imkanım olsa, əmin ola bilərsiniz ki, bunu bu ölkəyə olan bütün sevgi, hörmət və minnətdarlığımla edəcəyəm. Bu ölkəyə olan hörmətim və minnətdarlığım, Azərbaycan milli komandasında oynayıb-oynamamağımdan asılı olmayaraq dəyişməz qalacaq. İkinci vətənimə çevrilmiş bu ölkə haqqında yalnız xoş təəssüratlarım var".

Qeyd edək ki, Ruan Renato 2021-2023-cü illərdə "Qəbələ"nin, 2023-cü ildən isə "Zirə"nin şərəfini qoruyur.

0