Toral millinin heyətindən çıxarıldı

İDMAN
10:58 / 15.11.2025
36

“Qarabağ”ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.

HİT.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, buna səbəb futbolçunun zədələnməsi olub.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.

0