Rus futbolçu illik 120 milyon dollarlıq maaşdan imtina edib

İDMAN
17:45 / 24.11.2025
23

Moskva "Lokomotiv"nin yarımmüdafiəçisi Aleksey Batrakovun agenti Vadim Şpinev futbolçunun Səudiyyə Ərəbistanından illik 120 milyon dollarlıq maaş təklifini rədd etdiyini açıqlayıb.

HİT.az bu barədə "Sport-Express"ə istinadən xəbər verir.

"İldə 120 milyon dollar! Ona bu qədər təklifi kim verib? Səudiyyəlilər. Ayda 10 milyon dollar. Leşa üçün təqaüdə çıxmaq yox, futbol oynamaq çox vacibdir. Pul hər şey deyil. Bu, Ronaldonun maaşı kimidirmi? Kriştiano 40, Leşa isə 20 yaşındadır", deyə Şpinev bildirib.

2025-ci ilin oktyabrında Batrakov "Transfermarkt"a görə ən bahalı rusiyalı futbolçu olub və onun transfer dəyəri 23 milyon avro olaraq qiymətləndirilib.

Aleksey Batrakov "Lokomotiv" akademiyasının yetirməsidir. O, komandanın əsas heyətində debütünü 2024-cü ilin yazında edib. Bu müddət ərzində yarımmüdafiəçi 62 oyun keçirib, 29 qol vurub və 14 məhsuldar ötürmə edib. Bu mövsüm o, Rusiya Premyer Liqasının (RPL) bombardirlik siyahısına 10 qolla başçılıq edir. O, Rusiya millisində səkkiz oyun keçirib və üç qol vurub.

Samir
 

0