UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Napoli” – “Qarabağ” matçından öncə Neapol şəhərində hava şəraiti pisləşib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı şəhərdə narıncı xəbərdarlıq elan edilib.
İtaliyanın bəzi media orqanları “Napoli” – “Qarabağ” matçının təxirə salına biləcəyi ehtimalını da irəli sürüb.
Lakin İtaliya klubunun rəsmi saytı məlumatı təkzib edib və “Dieqo Armando Maradona” stadionunun matça hazır olduğunu bildirib.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda matçın təxirə salınması gündəmdə deyil.


