Əfran İsmayılov: "Qarabağ" möcüzə yaratmağı bacarır"

İDMAN
17:48 / 25.11.2025
55

"Artıq hər bir komanda bizdən çəkinir, bizdən ehtiyat edir. Mövcud reallıq Azərbaycan futbolu adına böyük üstünlükdür".

Bu sözləri Hit.az-a açıqlamasında "Qarabağ"ın və Azərbaycan millisinin sabiq hücumçusu Əfran İsmayılov deyib.

Hazırda "Araz-Naxçıvan"da məşqçi qismində fəaliyyət göstərən İsmayılov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində bu gün "Napoli"nin qonağı olacaq "köhlənlər"ə inandığını bildirib: 

"Bir Azərbaycan komandasının bu səviyyəyə çatması möcüzəyə bərabər bir şeydir. "Qarabağ"ın "Napoli"dən çəkinməyəcəyini, öz məzmunlu oyununu sərgiləyəcəyini düşünürəm. Qurban Qurbanovun komandasında intizam, ab-hava həmişə yüksək səviyyədə olur. İnanıram ki, Antonio Kontenin çalışdırdığı "Napoli" oyunda da ən azı 1 xal qazanacaqlar. Allah qoysa, bu gecə komandamız ən yaxşı oyunlarından birini göstərər. Bəli, ağır səfərdir, "Napoli"yə də xal və xallar lazımdır. Təsəvvür edin, onlar son çempionat oyununda "Atalanta"nı, "Qarabağ" isə "Sumqayıt"ı məğlub edib. Belə müqayisələr aparsaq, aradakı fərq çox böyükdür. Amma "Qarabağ" möcüzə yaratmağı bacarır. Komandamıza uğurlar arzu edirik. Dualarımız "Qarabağ"ladır. Hamımız komandamızın evə ən azı 1 xalla dönməsini gözləyəcəyik".

Samir
 

0