PSJ onun üçün "Real"a 100 milyon avro təklif etdi

İDMAN
22:55 / 07.12.2025
48

Fransanın PSJ klubu İspaniya təmsilçisi "Real"a (Madrid) gözlənilməz transfer təklifi göndərib.

"Report" "Fichajes.net" nəşrinə istinadən xəbər verir ki, Paris kollektivi uruqvaylı yarımmüdafiəçi Federiko Valverdenin keçidi üçün "kral klubu"na 100 milyon avroluq rəsmi təklif ünvanlayıb.

Məlumata görə, La Liqa komandası təkliflə bağlı daxili müzakirələr aparır. "Real" tərəfi Valverdenin əsas heyət futbolçusu olduğunu nəzərə alaraq onun satışına tələsmir. Transferin gələcək taleyi yaxın günlərdə aydınlaşacaq.

Qeyd edək ki, Valverde 2018-ci ildən "Real"da çıxış edir.

0