Qurban Qurbanov bu futbolçuları "Ayaks"a qarşı oynada bilməyəcək

İDMAN
13:34 / 08.12.2025
41

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda "Ayaks"ı qəbul edəcək "Qarabağ'ın Niderland təmsilçisinə qarşı neçə itki ilə mübarizə aparacağı dəqiqləşib.

Fanat.Az-a klubdan verilən məlumata görə, 3 futbolçu "köhlənlər" kömək edə bilməyəcək.

Turnirin 4-cü turunda, "Çelsi" ilə Bakıdakı matçda (2:2) Mark Kukurelya ilə mübarizə zamanı xəsarət alaraq uzun müddətə sıradan çıxan və adı ÇL-in iştirak ərizəsindən çıxarılan Kadinin olmayacağı öncədən bəllidir. Qitənin ən nüfuzlu turnirində bir qayda olaraq, ehtiyatda qalan qapıçı Şahruddin Məhəmmədəliyevlə müdafiəçi Abbas Hüseynov da zədə səbəbindən qarşılaşmanı kənardan izləyəcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu dekabrın 10-da keçiriləcək. Matçın start fiti 21:45-də səsləndiriləcək.

0