"Qarabağ"ın U-19 komandası "Ayaks"a 0:8 hesabı ilə uduzdu

İDMAN
15:56 / 10.12.2025
36

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb.

HİT.az-ın məlumatına görə, Bakıda "Ayaks"ın (Niderland) müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələn Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 0:8 hesabı ilə uduzub.

Əsas mərhələnin VI turunun matçı "Azərsun Arena"da keçirilib.

Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 turnir cədvəlinin 35-ci pilləsində qərarlaşıb.

 

0