Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb

İDMAN
17:38 / 13.12.2025
53

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Hit.az-ın məlumatına görə, idmançı finalda Rusiya təmsilçisi Edmond Xudayana qalib gəlib.

Qeyd edək ki, Azərbaycan yarışda 11 boksçu ilə təmsil olunub. Daha əvvəl Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medala sahib çıxıblar.

0