“Qarabağ”ın prezidenti sığınacaqdakı azarkeşlə görüşdü

İDMAN
19:29 / 14.12.2025
66

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının VI turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.

Hit.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytında məlumat verilib.

"Qarabağ" - "Araz-Naxçıvan" oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib. Sonda klub prezidenti azyaşlı azarkeşimizə rəsmi formanı təqdim edib.

0