Braziliya klubundan "Qarabağ"a ikinci təklif

İDMAN
16:23 / 20.12.2025
42

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyonu transfer etmək üçün ikinci rəsmi təklifini göndərib. 

Bu barədə “Globo” nəşri məlumat yayıb.

Təklifin forması əvvəlki kimi satınalma bəndi ilə icarəyə götürməkdir. Rio-de-Janeyro klubu bu dəfə Azərbaycan təmsilçisinə ödəniləcək icarə haqqının məbləğini artırıb.

“Botafoqo” Pedro Bikalyo ilə hələlik maaş məsələsini müzakirə etməyib, lakin futbolçu ölkəsinə mümkün qayıdışı müsbət qarşılayır.//Qafqazinfo

0