Azərbaycan idmançısı 2 illik diskvalifikasiya olundu

İDMAN
15:40 / 29.12.2025
48

Azərbaycanın qol güləşçisi Təbriz Səfərov 2 illik diskvalifikasiya olunub.

HİT.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) qərar qəbul edib.

O, antidopinq qaydalarını pozduğu üçün bu halla üzləşib. T.Səfərov nümunəsində qadağan olunmuş maddənin (ephedrine) mövcudluğu və istifadəsinə görə 24 aylıq cəza alıb.

Sentyabrın 9-da qüvvəyə minən cəza 2027-ci ildə başa çatacaq.

0