"Qarabağ" Elvin Cəfərquliyevlə yeni müqavilə imzalayacaq.
Bu barədə klubdan sportinfo.az-a bildirilib.
Verilən informasiyaya görə, müdafiəçiyə təklif irəli sürülüb. 25 yaşlı cinah oyunçusu 3 illik kontrakt çağırışını müsbət qarşılayıb.
Onun hazırkı sözləşməsi gələn ilin yayınadək qüvvədədir. Millinin üzvü imzanı atandan sonra əməkhaqqısında da artım olacaq.
Son vaxtlar Elvinin adı Avropanın müxtəlif klubları ilə yanaşı hallanır. Fransadan "Nant" və "Sent-Etyen"in Cəfərquliyevlə yaxından maraqlandığı məlumdur.
İndi də İtaliyadan "Komo"nun azərbaycanlı oyunçuya təklif göndərdiyi deyilir. A Seriyasında mübarizə aparan komandanın həmyerlimizə 2 illik müqavilə ilə üz tutduğu söylənilir.


