"Qarabağ” onun üçün təklif göndərib? - İsveç klubundan açıqlama

İDMAN
11:03 / 16.01.2026
96

“Qarabağ”ın İsveçin “Myöllbü” klubunun pakistanlı müdafiəçisi Abdullah İqbalı transfer edəcəyi ilə bağlı xəbərlər səngimək bilmir.

İstər İsveç, istərsə də Pakistan mətbuatı bu barədə yazır. 

Ağdam klubunun onun üçün bir neçə təklif irəli sürdüyü bildirilir.

Myöllbü” klubunun idman direktoru Hans Larsson saytımıza açıqlamasında bunu təkzib edib: “Biz onunla bağlı heç bir rəsmi təklif almamışıq”.//Qafqazinfo

0