Mançester derbisi: Hansı tərəf qələbəyə daha yaxındır?

İDMAN
17:00 / 16.01.2026
123

Bu həftəsonu futbol azarkeşlərini çox maraqlı bir matç gözləyir.

Belə ki, sabah İngiltərə derbisi keçiriləcək. Premyer Liqanın 22-ci turunda “Mançester Yunayted” doğma meydanda əzəli rəqibi “Mançester Siti”ni qəbul edəcək. Oyundan öncə çepionatda “şəhərlilər” ikinci, “qırmızı şeytanlar” isə 7-cı sırada qərarlaşıb. Lakin derbilərdə komandaların hansı sırada olmasının əhəmiyyət kəsb etmədiyini hamı gözəl bilir. Ona görə də matça maraq böyükdür. Sözügedən qarşılaşma Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Maraqlıdır, Mançester derbisində hansı tərəf qələbəyə daha yaxındır?

Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib.

O bildirib ki, İngiltərə derbilərinin içində ən yaxşısı Mançester klubları arasındakı matçlar sayıla bilər:
“Bu iki komanda hər zaman bir-birilərinə qarşı amansızcasına mübarizə aparıblar. Sabah da bizi gərgin derbi gözləyir. İndiki vəziyyətdə “Mançester Siti” səfərdə oynamasına rəğmən, qələbəyə daha yaxın görünür. Çünki komanda çox yaxşı oynayır”.

Ekspert qeyd edib ki, “Mançester Yunayted”də isə boşluqlar var:
“Xüsusilə bu boşluqlar müdafiədə daha çox gözə çarpır. Bu səbəbdən də tez-tez səhvlərə yol verirlər. Bunu Premyer Liqa matçlarında da görmək mümkündür. Ona görə də oyunun “Mançester Siti”nin nəzarəti altında keçəcəyini gözləyirəm. “Şəhərlilər” yenə də topa nəzarəti özlərində saxlamağa çalışacaqlar. Bu da onlara derbidə daha öndə olmağa imkan verəcək. Bütün bunların fonunda “Mançester Siti”nin qələbəyə 60 faiz daha yaxın olduğunu düşünürəm”.

Elmir Mustafa

0