"Ayntraxt"ı məğlub edən "Qarabağ" ÇL-də nə qədər pul qazanıb? - MƏBLƏĞ

İDMAN
10:53 / 22.01.2026
100

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın qazancı artmaqda davam edir.

Qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində 7 turdan sonra 10 xal toplayan Ağdam klubunun ümumilikdə qazancı 7,05 milyon avroya (təqribən 14 milyon manat) çatıb.

UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. Heç-heçə isə 750 min avro dəyərindədir.

Qeyd edək ki, “Qarabağ” ÇL-in liqa mərhələsinə vəsiqə qazandığına görə 23,7 milyon avro (47,1 milyon manat) qazanıb. Ümumilikdə isə “Qarabağ”ın cari mövsümdəki gəliri təqribən 30,75 milyon avroya (61,11 milyon manat) çatıb.//Publika.az

0