“Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışları barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, bu haqda ölkəsinin bahianoticias.com.br saytına danışıb.
28 yaşlı futbolçu deyib ki, ÇL-dəki bu anlar üçün çox xoşbəxtdır.
"Çempionlar Liqası hər bir futbolçunun çıxış etmək arzusunda olduğu səhnədir. Belə səviyyəli oyunlarda “Qarabağ”a kömək etmək mənim üçün xüsusi bir hissdir. Komandamızın işi çox güclüdür və biz yenə tarix yaza biləcəyimizi bilirik. Hazırda əsas məsələ soyuqqanlı qalmaq və məqsədimizə köklənməkdir”, – deyə Silva bildirib.
Qeyd edək ki, Ağdam təmsilçisinin tarixində ilk dəfə turnirin pley-off mərhələsinə yüksəlmək şansı var.


