"Qarabağ” bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyuna çıxıb.
Hit.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə “Liverpul”la qarşılaşıb.
Görüş saat 00:00-da başlayıb və rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Təmsilçimiz bu nəticə ilə 10 xalla liqa mərhələsini 22-ci yerdə tamamlayıb və ölkə tarixində ilk dəfə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VIII tur
Liverpul" – "Qarabağ" - 6:0
Qollar: A.Mak Allister, 15, 61, F.Virts, 21, M.Salah, 50, H.Ekitike, 57


