UEFA Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsinin sonuncu - VIII turunun oyunlarından sonra Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
"Report" xəbər verir ki, "Qarabağ" son matçda "Liverpul"a (İngiltərə) 0:6 hesabı ilə məğlub olsa da, pley-offa vəsiqə qazandığı üçün ölkəmiz 26-cı yerə yüksəlib.
Azərbaycan hazırda 22.937 xala malikdir. 27-ci sıradakı Sloveniyanın 22.843 əmsalı var.
Qeyd edək ki, siyahıya 111.797 əmsalla İngiltərə başçılıq edir.


