Nəriman Axundzadə üçün təklif var: Xaricə gedir?

İDMAN
16:37 / 06.02.2026
41

Bir müddətdir "Qarabağ"ın gənc forvardı Nəriman Axundzadənin klubdan ayrılacağı ilə bağlı xəbərlər yayılır.

HİT.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, həqiqətən hücumçu üçün xarici klublardan təkliflər var.

Hazırda tərəflər arasında danışıqlar intensivləşib. Əgər maddi məsələlərdə razılıq əldə olunsa, N.Axundzadə Ağdam təmsilçisindən ayrılacaq.

Məsələ burasındadır ki, futbolçu özü də legioner həyatı yaşamaq istəyir. O bu barədə klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanova da məlumat verib.

Q.Qurbanovun onu ötən gün "Şamaxı" ilə kubok matçında ilk 23-lüyə salmaması da iddiaları gücləndirib.

0