Bəhlul da “Qarabağ”ı tərk etməyə hazırlaşır

İDMAN
16:59 / 08.02.2026
50

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Çində davam etdirməyə hazırlaşır.

HİT.az-ın azerisport.com saytına istinadən yaydığı məlumata görə, futbolçuya “Şençjen Penq Siti” klubundan rəsmi təklif daxil olub. Çin tərəfi həmçinin “Qarabağ”a Mustafazadənin transferi üçün təzminat ödəməyə hazırdır. Hazırda Bəhlulun “Qarabağ”la müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.

Futbolçu özü də Asiyaya keçmək istəyir, buna görə klub da çıxışına qarşı deyil. Lakin transfer Çempionlar Lİqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandası ilə keçiriləcək oyunlardan asılı olacaq. Əgər “Qarabağ” mərhələni adlasa, Mustafazadə bir müddət komandada qalmalı olacaq.

Çində yeni mövsüm martın 6-da başlayacaq. Əgər Bəhlul ora gedərsə, futbolçu ilə 2+1 illik müqavilə bağlanacaq.

Xatırladaq ki, qış transfer pəncərəsi dövründə Nəriman Axundzadənin ABŞ-ın MLS təmsilçisi “Kolambus Kru” klubuna keçəcəyi gözlənilir.

0