“Qarabağ”la oyunun təxirə salınması iddialarına “Neftçi”dən REAKSİYA

İDMAN
16:50 / 09.02.2026
101

“Fevralın 21-də keçiriləcək “Neftçi” - “Qarabağ” oyunu ilə bağlı dəyişən heç nə yoxdur”.

 

Hit.az xəbər verir ki, bunu Bizim.Media-ya “Neftçi”nin media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuatda sözügedən matçın təxirə salınması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

 

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində 18 və 24 fevralda "Nyukasl"a keçirəcəyi oyunlara görə “Neftçi” ilə qarşılaşmanın təxirə salınması üçün PFL və Bakı klubuna müraciət edib.

 

“Ağ-qaralar” isə bu addımın klubun hazırlıq planına mənfi təsir göstərəcəyi səbəbilə təklifdən imtina edib. Daha sonra isə "Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Televiziyasına açıqlama verərək, “Neftçi”dən oyunun təxirə salınmasını xahiş edib.

0