“Şəki Siti”də böhran DƏRİNLƏŞİR – 17 futbolçunun klubla müqaviləsi POZULDU

İDMAN
15:47 / 10.02.2026
44

2-ci Liqa təmsilçisi "Şəki Siti"nin direktoru Zamin Əsədullayev işdən çıxarılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, klubun oyunçularına olduğu borcun bir qismi - 1 aylıq maaşları ödənilib. 17 futbolçu qarşılıqlı razılaşma əsasında klubla müqaviləsini pozub.

Klub heyətdə saxlanılan 4-5 nəfər və Şəkidən cəlb edilən digər komanda üzvləri ilə çempionatda qalmağa davam edəcək.

Bundan əlavə, klubun sponsoru olan "Flybast"la müqavilə də pozulub.

Qeyd edək ki, ötən ilin sonunda bəzi futbolçular klubda 4 aydır ki, əmək haqlarının ödənilmədiyi barədə açıqlama vermişdi.

0