Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Hit.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşmasında “Şamaxı” və “Qarabağ” komandaları üz-üzə gəliblər.
Şamaxı şəhər stadionunda baş tutan görüşdə Qurban Qurbanovun yetirmələri 2-1 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, tura “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq.


