"Sabah"dan ayrılan futbolçu "Zirə"də

İDMAN
20:42 / 12.02.2026
129

 

"Sabah" futbol klubu Anatoli Nuriyevlə yollarını ayırıb.

Hit.az xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Millimizin üzvünün qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verildiyi bildirilib. O, 2022-ci ildə transfer olduğu "Sabah"da 118 matçda meydana çıxıb, 12 qol vurub. A.Nuriyev "Sabah"la ölkə kubokunun qalibi olub.

Artıq onun yeni komandası da bəllidir. Belə ki, "Zirə" Anatoli Nuriyevi heyətinə qatdığını açıqlayıb. Onunla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

 

Aslan

 

0