Futbol üzrə Misli Premyer Liqasında XX tura start verilib.
Hit.az xəbər verir ki, açılış oyununda "Qarabağ" klubu "İmişli"nin qonağı olub.
Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı vurub.
"Qarabağ"ın heyətində Kadi Borges, "İmişli"də isə Diequ Almeyda qırmızı vərəqə ilə meydandan qovulublar.


