"Qalatasaray" "Yuventus"u darmadağın etdi

İDMAN
23:45 / 17.02.2026
64

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına start verilib.

Hit.az xəbər verir ki, bu mərhələnin ilk qarşılaşması "Qalatasaray" və "Yuventus" komandaları arasında baş tutub.

Görüşün ilk hissəsi Turin təmsilçisinin 1:2 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə Okan Burukun yetirmələri rəqib qapısından dörd qol keçirərək yekun hesabı müəyyənləşdiriblər - 5:2.

Qeyd edək ki, Xuan David Kabal 67-ci dəqiqədə ikinsi sarı vərəqəni alaraq "qoca sinyora"nı azlıqda qoyub

Tərəflər arasında cavab görüşü fevralın 25-də keçiriləcək.

0