Azərbaycan - Rusiya oyununda 8 qol

İDMAN
16:28 / 19.02.2026
50

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində bu gün ilk oyuna çıxıb.

HİT.az xəbər verir ki, B qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüşdə yığmamız  1:7 hesabı ilə uduzub. Azərbaycan millisinin yeganə qolunu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.

0