Məşhur meyxanaçı Balaəli Maştağalı “Qarabağ” futbol klubuna dəstək olub.
Hit.az xəbər verir ki, o, bu barədə “Instagram”da paylaşım edib.
Balaəli “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun fotosunu paylaşaraq dəstək mesajı yazıb:
“Biz hər zaman sizinləyik. Siz hər zaman bizimsiniz. Bu yerə gəlmək özü böyük bir uğurdur. Çəkilən zəhmət, görülən iş var deyə dəyər vermək lazımdır, hələ də heç nə bitməyib. Futbolda hər şey olur. Əsəbimiz də, üzüntümüz də sizə olan sevgimizdəndir. Hər zaman “Qarabağ”, hər zaman Qurban hoca”.
Aslan


