Azərbaycan Premyer Liqası artıq iki kanalda yayımlanacaq

İDMAN
16:16 / 20.02.2026
60

AFFA, “CBC Sport” və “İdman TV” birgə bəyanat yayıblar.

HİT.az xəbər verir ki, Misli Premyer Liqasının bundan sonra “CBC Sport”la yanaşı “İdman TV”də də yayımlanacağı açıqlanıb:

“Misli Premyer Liqasının yayım coğrafiyasını geişləndirmək məqsədilə AFFA turnirin eksklüziv yayımçısı “CBC Sport” və ölkənin ilk idman telekanalı olan “İdman TV” rəhbərliyi ilə müzakirələr aparıb. Danışıqların nəticəsi olaraq qərara alınıb ki, bu mövsümdən etibarən Misli Premyer Liqasının hər turundan bir qarşılaşma “CBC Sport”la paralel olaraq “İdman TV” vasitəsilə də canlı yayımlansın.

Yeni əməkdaşlıq çərçivəsində ilk yayımın 22-ci turda keçiriləcək “Qarabağ” – “Sabah” matçı olması nəzərdə tutulur. Danışıqların uğurla yekunlaşmasını və hər iki telekanalın məsələyə göstərdiyi həssas yanaşmanı yüksək qiymətləndirən AFFA rəhbərliyi həmkar tərəfdaşlarına təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Yayımın təşkili və ümumi prosesin tənzimlənməsi ilə bağlı texniki detallar telekanallar tərəfindən qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək”.
 

0