Azərbaycan klubunda 27 yaşlı baş məşqçi

İDMAN
20:00 / 20.02.2026
56

Azərbaycan 2-ci liqasında mübarizə aparan "Şəki PFK"nin yeni baş məşqçisi müəyyənləşib.

HİT.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Firuddin Mövsümova tapşırılıb. 27 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.

Xatırladaq ki, "Şəki PFK" hazırda II Liqanın turnir cədvəlində 25 xal toplayaraq 4-cü pillədə qərarlaşıb.

0