Qurban Qurbanov Toralın həmin epizodda gülməsindən danışdı

İDMAN
15:49 / 23.02.2026
55

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la oyunda (1:6) qapımıza penalti təyin olunan zaman Toral Bayramovun gülməsi ilə bağlı danışıb. 

“Qafqazinfo” xəbər verir ki, o bu barədə fikirlərini UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la cavab görüşündən əvvəl keçirilən mətbuat konfransında bildirib.

Çalışdırıcı qeyd edib ki, xırdalıqlara getməyə ehtiyac yoxdur: “Ola bilər ki, o epizoda kimi hansısa söhbət aparırdılar, gülməli vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim. Kimə hansı qayadada iradlarımızı bildirmək lazımdırsa, yaxşı səviyyədə bildirilib” .

Q.Qurbanov həmçinin futbolçusu Sami Mmaenin əvəzedici heyətə göndərilməsi ilə bağlı sualı da cavablandırıb: “İdman intizam qaydalarını pozmuşdu, ona görə əvəzedici heyətə göndərdik. Bəzi detalları açıqlamağa ehtiyac yoxdur. Futbol karyeramızda belə hallar çox olub. Belə halla ən az rastlaşan bizim klubdur”.
 

0