“Neftçi” futbolçusu Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib.
Hit.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.
Bildirilir ki, 2026/2027 mövsümündən etibarən komandanın 9 nömrəli forması istifadədən qaldırılacaq.
Bununla bağlı qərar fevralın 23-də anadan olmasının 80 illiyi tamam olan futbolçunun xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.
“O, 16 il ərzində bu nömrəni şərəf və sədaqətlə geyindi. Bu formanı heç nəyə dəyişmədi. Bu nömrə altında saysız-hesabsız qələbə qolu vurdu, “Neftçi” adını yüksəklərə daşıdı. Bundan sonra da “Neftçi”nin 9 nömrəli forması əbədiyyətə qədər Anatoli Banişevskinin olacaq”, - məlumatda qeyd olunub.


