"Barselona" futbol klubunun hücumçusu Lamin Yamal tarixdə 18 yaşında 100 məhsuldar göstərici (qol + assist) həddinə çatan ilk futbolçu olub.
Oxu.Az bu barədə "One Football"a istinadən xəbər verir.
"Barselona"nın keçmiş hücumçusu Lionel Messi və "Real Madrid"in eks-forvardı Kriştianu Ronaldu bu nəticəyə 21 yaşında çatmışdılar.
İspaniya çempionatının 26-cı turunda "Vilyarreal"la oyundan (4:1) sonra 18 yaşlı vingerin hesabında 49 qol və 52 assist var.
Yamala bu nəticəni əldə etmək üçün 166 oyun lazım olub. Müqayisə üçün qeyd edək ki, Messi bunu 159, Ronaldu isə 236 oyuna etmişdi.


