Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub.
Hit.az xəbər verir ki, son oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə "Turan Tovuz" "İmişli"ni qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" qalib gəlib - 1:0.
Günün son oyunu isə turun mərkəzi qarşılaşması hesab olunur. Böyük maraqla gözlənilən matçda "Qarabağ" "Sabah"ı qəbul edib. Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Ardıcıl 10 oyundur qalib gələn "Sabah" hazırda 53 xalla liderdir. Ehtiyatında bir oyunu olan "Qarabağ" isə 46 xalla 2-cidir. Bu komandaların mövsümün ilk turundakı qarşılaşması "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


