Cari Azərbaycan Premyer Liqası mövsümündə tribunalarda rekord sayda futbolsevər qeydə alınıb.
Hit.az xəbər verir ki, Misli Premyer Liqasının XXII turunda qarşılaşan "Qarabağ" və "Sabah" komandalarının qarşılaşmasını stadiondan 10 361 azarkeş seyr edib.
Qeydə alınan bu rəqəm son 8 mövsümün ən yüksək göstəricisi olmaqla yanaşı, cari çempionatın da rekord statistikasıdır. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç 3:3 hesabı ilə başa çatıb.


