Rəhim Həsənov hakimin səhv qərar verdiyini təsdiqlədi

İDMAN
22:50 / 02.03.2026
45

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodlar barədə fikirlərini bölüşüb.

Hit.az xəbər verir ki, o, "Qarabağ" - "Sabah" , "Şamaxı" - "Neftçi", "Kəpəz" - "Sumqayıt", "Qəbələ" - "Karvan-Yevlax" və "Turan Tovuz" - "İmişli" olmaqla ümumilikdə 5 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb. 

Rəhim Həsənov "Qarabağ" - "Sabah" matçının baş hakimi Tural Qurbanovun 90+5-ci dəqiqədəki sarı vərəqə qərarının, həmçinin "Kəpəz" - "Sumqayıt" matçında baş hakim Rəşad Əhmədovun 36-cı dəqiqədəki penalti qərarının doğru olmadığını bildirib. 

0