"Arsenal"ın yeni transfer planı müəyyənləşib.
Hit.az xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb.
London təmsilçisi müdafiə xəttini gücləndirməyi hədəfləyib. Klub 25 yaşlı sağ cinah müdafiəçisi Mateusinyo üçün "Korintians"a (Braziliya) rəsmi təklif göndərib. "Topçular"ın baş məşqçisi Mikel Arteta oyunçunun transferi üçün çalışsa da, "Korintians" əsas futbolçularından biri ilə yolları ayrmaq istəmir. Lakin Mateusinyo özü transferdə israr edir. Buna görə də "Korintians" mövqeyini yenidən nəzərdən keçirməli ola bilər.
Müdafiəçi cari mövsüm 13 oyunda iştirak edib və 1 qol vurub. Mateusinyo ilə "Korintians"ın müqaviləsi 2028-ci ilə qədərdir.


