Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilib.
Hit.az xəbər verir ki, ilk oyun gününə bir matç nəzərdə tutulub.
“Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edib. Matç “Zirə”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Bu komandalar arasında ilk matçda qalib aşkarlanmayıb.
Qeyd edək ki, “Zirə” yarımfinalda “Turan Tovuz” - “Kəpəz” cütünün qalibi ilə üz-üzə gələcək.
Azərbaycan kuboku 1/4 final, cavab oyunları 3 mart 19:00.
“Zirə” - “Sumqayıt” - 2:0
Qol: Davit Volkov, 27, Ceyhun Nuriyev, 88


