"Qarabağ" "Şamaxı"ya qarşı

İDMAN
09:30 / 04.03.2026
47

Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları davam edir.

Hit.az xəbər verir ki, 2-ci oyun gününə 1 matç nəzərdə tutulub.

"Qarabağ" evdə "Şamaxı"nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq. Bu komandalar arasında ilk oyunda "Şamaxı" 2:1 hesablı qələbə qazanıb.

Sözügedən cütün qalibi yarımfinalda “Qəbələ” - “Sabah” cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün "Zirə" adını turnirin yarımfinalına yazdırmağı bacarıb.

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

4 mart (çərşənbə)

19:00. “Qarabağ” -  “Şamaxı”

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 1:2

5 mart (cümə axşamı)

14:30. “Kəpəz” - “Turan Tovuz”

İlk oyun - 0:1 

18:00. “Qəbələ” - “Sabah”

İlk oyun - 0:0 

3 mart (çərşənbə axşamı)

“Zirə” - “Sumqayıt” - 2:0 (İlk oyun - 0:0)

Yarımfinal

"Zirə" - “Turan Tovuz”/“Kəpəz”

"Qarabağ"/"Şamaxı" - “Qəbələ”/“Sabah”

0