UEFA-dan “Qalatasaray”a azarkeş qadağası

İDMAN
10:50 / 04.03.2026
44

UEFA İntizam Komitəsi “Qalatasaray”a Çempionlar Liqasında azarkeş qadağası tətbiq edib.

Hit.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Məlumata görə, qərar ÇL-in pley-off mərhələsində İtaliyanın “Yuventus” klubu ilə səfərdə keçirilən matç zamanı baş verən azarkeş insidentlərinə görə qəbul olunub. "Sarı-qırmızılılar"a növbəti səfər oyununa azarkeş aparmamaq cəzası verilib. Bundan başqa klub 40 min avro məbləğində cərimə kəsilib.

Beləliklə, “Qalatasaray”ın 1/8 final mərhələsində İngiltərənin “Liverpul” klubu ilə “Enfild”də keçirəcəyi cavab görüşündə türk azarkeşlər tribunada yer ala bilməyəcəklər.

Qeyd edək ki, tərəflər arasında ilk oyun martın 10-da İstanbulda, cavab qarşılaşması isə martın 18-də Liverpulda keçiriləcək.

0