Qazaxıstanın “Xan-Tenqri” klubunun 16 yaşlı hücumçusu Hüseyn Qambarov Azərbaycanın “Qarabağ” və Türkiyənin “Qalatasaray” klublarının maraq dairəsinə düşüb.
Hit.az xəbər verir ki, bu barədə Qazaxıstanın goal.kz sosial media hesabı məlumat yayıb.
Hazırda tərəflər arasında danışıqlar aparıldığı iddia olunur. Lakin futbolçu yetkinlik yaşına çatmadığı üçün onun hələlik onun öz ölkəsində çıxışını davam etdirməsi planlaşdırılır. Qambarov yerli digər özəl klub olan FFC-nin yetirməsidir. O, Almatı Liqasının ən yaxşı hücumçusu seçilib.

