"Qarabağ" yarımfinalda

İDMAN
20:59 / 04.03.2026
105

Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları davam edir.

Hit.az xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçirilib.

"Qarabağ" evdə "Şamaxı"nı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında ilk oyunda "Şamaxı" 2:1 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra "Qarabağ" yarımfinalda “Qəbələ” - “Sabah” cütünün üstün tərəfi ilə qarşılaşacaq. Qeyd edək ki, ötən gün "Zirə" adını turnirin yarımfinalına yazdırmağı bacarıb.

 

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

 

4 mart (çərşənbə)

19:00. “Qarabağ” - “Şamaxı” - 3:1

Qol: Emmanuel Addai, 6 (1:0), Karim Rossi, 31 (1:1), Emmanuel Addai, 61 (2:1), Leandro Andrade, 63 (3:1)

 

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 1:2

 

5 mart (cümə axşamı)

14:30. “Kəpəz” - “Turan Tovuz”

İlk oyun - 0:1 

 

18:00. “Qəbələ” - “Sabah”

İlk oyun - 0:0 

 

3 mart (çərşənbə axşamı)

“Zirə” - “Sumqayıt” - 2:0 (İlk oyun - 0:0)

 

Yarımfinal

 

"Zirə" - “Turan Tovuz”/“Kəpəz”

"Qarabağ" - “Qəbələ”/“Sabah”

0