Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
Hit.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək. Bununla da son 2 yarımfinalçının adına aydınlıq gələcək.
Əvvəlcə "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Oyun saat 14:30-da başlayacaq. Bu komandalar arasında ilk görüşdə Tovuz təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cütün üstün tərəfi yarımfinalda "Zirə"yə rəqib olacaq.
Digər matçda "Qəbələ" evdə "Sabah"la qarşılaşacaq. Oyun saat 18:00-da start götürəcək. Sözügedən komandaların ilk duelində 0:0 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.
Azərbaycan kuboku, 1/4 final, cavab oyunları
5 mart (cümə axşamı)
14:30. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Yevlax şəhər stadionu
İlk oyun - 1:0
18:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Qəbələ şəhər stadionu
İlk oyun - 0:0
3 mart (çərşənbə axşamı)
“Zirə” - “Sumqayıt” - 2:0 (İlk oyun - 0:0)
4 mart (çərşənbə)
“Qarabağ” - “Şamaxı” - 3:1 (İlk oyun - 1:2)
Yarımfinal
"Zirə" - “Turan Tovuz”/“Kəpəz”
"Qarabağ" - “Qəbələ”/“Sabah”


