Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
Hit.az xəbər verir ki, 3-cü oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artq başa çatıb.
"Kəpəz" "Turan Tovuz"u qəbul edib. Oyunda "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk görüşdə də Tovuz təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi. Nəticədə "Turan Tovuz" yarımfinala yüksəlib. Komanda bu mərhələdə "Zirə" ilə qarşılaşacaq.


