“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq

İDMAN
17:45 / 05.03.2026
46

Misli Premyer Liqasının 23-cü turunda keçiriləcək “Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq var.

Hit.az xəbər verir ki, artıq 3 min bilet satılıb.

Bu barədə "Neftçi"nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "VIP Silver” sektoruna biletlərin qiyməti 3, “VIP Gold” sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edir. 

Xatırladaq ki, martın 9-da keçiriləcək “Neftçi” - “Turan Tovuz” matçı saat 20:30-da start götürəcək.

0